lider-media.az

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri xanım Jelka Tsviyanoviçə

Baxış: 104 Tarix: 25-11-2024, 13:22

Hörmətli xanım Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.

Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2024-cü il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi