lider-media.az

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

Baxış: 392 Tarix: 23-11-2024, 16:41

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıbNoyabrın 21-də ilk dəfə dərc olunan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yer alıb.
Lider-Media.az-a bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, ümumilikdə 749 universitetin daxil olduğu bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250-ci mövqedə, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb.UNEC, AzMiU, NDU, SDU, ATU, BANM və Xəzər Universiteti sözügedən reytinqdə “məruzəçi” (reporter) qismində dəyərləndirilib.Qeyd edək ki, “Times Higher Education” Interdisciplinary Science reytinqi universitetlərin fənlərarası elmə töhfəsini ölçən ilk reytinq cədvəlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi