lider-media.az

Azərbaycanın 2 ali təhsil müəssisəsi “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub

Baxış: 268 Tarix: 9-10-2024, 10:31

İlk dəfə Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri açıqlanıb.
İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (Bakı Dövlət UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilə sözügedən qlobal reytinqdə təmsil olunur.
Bakı Dövlət Universiteti 2021-ci ildən etibarən ardıcıl olaraq 4-cü dəfədir ki, bu reytinqdə yer alır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə ilk dəfədir ki, sözügedən qlobal reytinqə daxil olub.
Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin metodologiyasına əsasən elmi-tədqiqat yönümlü universitetlərin fəaliyyəti 18 meyar üzrə qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi