lider-media.az

“Təbiət Ümidli Gələcək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün İqlim Fəaliyyəti ilə Biomüxtəlifliyin Mühafizəsinin Uyğunlaşdırılması üzrə Qlobal Liderlər Dialoqu” təşkil edilib

Baxış: 163 Tarix: 23-11-2024, 12:26

21 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində “Təbiət Ümidli Gələcək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün İqlim Fəaliyyəti ilə Biomüxtəlifliyin Mühafizəsinin Uyğunlaşdırılması üzrə  Qlobal Liderlər Dialoqu” təşkil edilib.
COP29 Sədrliyi, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Qlobal Liderlər Dialoqunda 2030-cu ilədək iqlim, biomüxtəliflik və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün investisiya və fəaliyyətə təkan verən innovativ strategiyalar və tərəfdaşlıqlar nümayiş etdirilib, uğurlu təşəbbüslər vurğulanmaqla daha geniş iştiraka və bu səylərin bütün dünyada artırılmasına çağırış edilib.
Tədbirdə Braziliya, Birləşmiş Krallıq, Tacikistan, Misir, Monqolustan, Nepal, Nigeriya, Belçika, Yaponiya, Almaniya, Maldiv və Niue ada dövlətinin ətraf mühit nazirləri, eləcə də özəl sektor liderləri iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi