lider-media.az

Taleh Qaraşov Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş-qəbulunu keçirib

Baxış: 152 Tarix: 22-11-2024, 11:47

Lider-Media.az xəbər verir ki,noyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.Ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə məlumat verən icra başçısı şəhər İcra hakimiyyətinin səlahiyyətləri daxilində olan və obyektiv qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlərə baxılması üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlandığını bildirib.

“Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə əsasən hər bir vətəndaşın müraciətinin ciddi araşdırıldığını və qanunamüvafiq müddətdə cavabların verildiyini qeyd edən Taleh Qaraşovun sözlərinə görə, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar görüş-qəbullar insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasına xidmət edir.Yerli insanlar fikir və istəklərini maneəsiz və könüllü şəkildə rayon rəhbərliyinə çatdırıblar, qarşılıqlı açıq dialoq şəklində keçirilən qəbulda şəxsi və ümumi məsələlərin həllinə köməklik göstərilməsilə bağlı icra başçısına müraciətlər ünvanlanıb.

Gərmətük qəsəbə və Velədi kəndinin sakinləri məmur-vətəndaş münasibətlərindəki şəffaf mühitin inkişafına, müraciətlərə həssas yanaşılmasına, ölkədəki sosial-iqtisadi inkişafın təmin olunmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi