lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada

Baxış: 323 Tarix: 20-11-2024, 16:57

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib. Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak edəcək.Nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin Qanunvericilik komitəsinin sədri Vsevolod Fedoroviç Belikov və MDB PA Şurasının baş katibi Dmitri Arkadyeviç Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və 57-ci Plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi