lider-media.az

MEK tərəfindən Qazaxıstan Kitabxanasındakı “Azərbaycan ədəbiyyatı guşəsi”nə kitablar hədiyyə edilib

Baxış: 243 Tarix: 20-11-2024, 14:04

Lider-Media.az xəbər verir ki,MEK tərəfindən Qazaxıstan Kitabxanasındakı “Azərbaycan ədəbiyyatı guşəsi”nə kitablar hədiyyə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) Qazaxıstanın Aktobe şəhərinin Mərkəzi Vilayət Kitabxanasında yeni yaradılan “Azərbaycan ədəbiyyatı guşəsi”nə dəstək məqsədilə mübadilə fondundan 150-dən artıq dəyərli nəşr hədiyyə edib.
Mərkəzi Vilayət Kitabxanasının oxucularının faydalanacağı, milli-mədəni irsimizin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində mühüm əhəmiyyətə malik nəşrlər sırasında ölkəmizin dövlətçilik tarixini, mədəniyyətini, ədəbiyyatını, eləcə də Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən məlumatlar yer alıb.
Qeyd edək ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu atılan addımı yüksək dəyərləndirərək hər iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin, əlaqələrin dərinləşməsinə dəstək məqsədilə görülən bu kimi işlərin mühüm əhəmiyyətini vurğulayaraq təşəkkürünü bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi