lider-media.az

Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri ilə görüş keçirilib

Baxış: 187 Tarix: 20-11-2024, 10:38

Lider-Media.az xəbər verir ki, Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.Dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin  müxtəlif istiqamətlərdə uğurla inkişafından məmnunluq vurğulanıb. İnvestisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.Görüşdə Pakistanla energetika, sənaye, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələrin icrası üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, investisiya və ticarət tərəfdaşlığının dərinləşdirilməsi üçün bu potensialdan səmərəli istifadə etmək böyük əhəmiyyət daşıyır.
Tərəflər həmçinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran digər məsələləri müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi