“On'dan sona, ondan so:ra” - Siyasi təhlil
“Bipolyar sistem çökdü artıq multipolyar sistem uğrunda soyuq və odlu mübarizə gedir. Siyasi arenada artıq yeni aktorlar və yeni mübarizə üsulları meydana gəldi. BRİCS, ŞANXAY, Çin, Hindistan qlobal güc olmaq yolunda məqsədlənmişdir”.
Lider-media.az xəbər verir ki, bunu konfliktoloq Elman Vəliyev bildirib,
Onun sözlərinə görə, Amerika yeni prezident fiquru ilə yeni strategiya həyata keçirəcək:
”Respublikaçıların qalib namizədi Tramp Bayden qədər geostrategiya və geosiyasətə aşina deyil! Bayden 4 illik “term" müddətində NATO-nu genişləndirdi. NATO-nun sonuncu genişlənməsi onun dövründə baş tutdu. Tramp bunu edə bilməyəcək. Onun əsas hədəfi İsraili genişləndirmək olacaq. Böyük İsrail layihəsi üçün daha spesifik və həlledici addımlar atılacaq. Həmas artıq çökdü. Qaldı kompromisə getmək. Tramp Netanyahu ilə danışacaq və bölgəyə səfər edəcək, mütləq. Həmasa bildirəcək ki, tərksilah olun. Həmasın optimal variantları yoxdur. Mahmud Abbas üçün də bir işıq var deyə düşünürəm, görək!
Trampın dövründə Amerika güclənməyəcək! Mən bunu ehtimal edirəm!
Tramp Rusiya ilə buzları əridəcək. Ukrayna üçün bir-iki ssenari qalıb. Parçalanacaq, ya da kompromisə gediləcək. Fikrimcə kompromisə gediləcək. Trampın əli ilə (dominant vasitəçilik) konflikt yatırılacaqsa, beynəlxalq sülhməramlılara da yer veriləcək. Bufer zona kimi təsəvvür edək. Putin razılıq verirsə demək, Ukraynanın NATO-ya üzvlüyü suya düşmüş olacaq. Ukraynaya nə pay düşəcək? Rusiya qüvvələri tutduğu bəzi yerlədən çəkiləcək. Bəzi yerlərin DMZ(Demilitarizasiya zonası) olması da mümkündür!
Ukrayna buna razı olmasa digər kompromis variantı qalır. Hər iki tərəf silahlı qüvvələri geri çəkir, Rusiya tutduğu bəzi mövqeləri tərk edir, Ukrayna isə bəzi əraziləri güzəştə gedir və Ukraynanın yenidən yapılandırılması üçün finansal dəstək verilir!
Avropa üçün də təhlükələr mövcuddur. Tramp Qərbi özündən asılı salmağa çalışan biridir. AB-ni təhlükə kimi qiymətləndirir. Onun dağılması üçün cəhdlər etmişdi və inanıram təkrarlayacaq da. Birlik daxilində fikir ayrılıqları genişlənib. Fransa Amerika təhlükəsinin yaxşı fərqindədir. Ukrayna müharibəsində Amerika Qərbi alova atmağa səy göstərsə də, çox da uğurlu olmadı. Qərb artıq yeni bazarlar axtarmağa, yeni tərəfdaşlar cəlb etməyə məhkumdur.
Tramp administrasiyasına Elon Mask kimi “entrepreneur"lər dəstək verdi. Bu o deməkdir ki, yeni dünya texnologiya əs(i)ri olacaq! Artıq bundan sonra Maskı siyasi məsələlərdə də görə bilərik! Tramp İranla yenə dialoqa girəcək!
1. Amerikanın siyasi xətti əvvəldən hazır olur. Prezidentlər bunu həyata keçirəcək fiqurlardır sadəcə. Hər fiqurla bir planı icra edirlər!
2. İranla Amerika və İsrail düşmən deyil. Onlar sadəcə düşmən obrazında olan ağacın budaqlarıdır. İran sionizmin körfəzdə olan siyasi islam qanadıdır.
Amerika üçün əsas potensial rəqib və təhlükə Çindir. Trampın əsas hədəfi Çin olmalıdır! Yox əgər Çin hədəf deyilsə, deməli sionizm yeni aktor olaraq Çini seçib. Necə? Yəhudilər öz maraqlarını həyata keçirmək üçün müxtəlif dövrlərdə fərqli dövlətlərdən istifadə edib. İngilis, Alman, Amerika və sair. Bəlkə də, indi Çin olacaq?! Bunun bilməyin bir yolu qalır. Onu Trampın Çinə olan münasibəti bəlli edəcək! Amma Amerika gələcəyini sarsıtmaq istəmirsə, Çini rəqib görməlidir!
Yeni dünya nizamında kiçik aktorlardan məharətlə istifadə ediləcək. «Qoşulmama Hərəkatı» neytrallıq üçün mühüm institutlaşma olsa da, millətlərüstülük səviyyəsinə çata bilmədi. Hərəkatın üzvləri kiçik aktorlardan(bir-ikisi istisna) ibarətdir! Kiçik aktorların əsas yolu dəngə politokası/balans siyasəti olacaq. Bunu bacarmayan məhvə məhkumdur!”.