Qeyd edək ki, Azərbaycan COP konfransları tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşüb. Həmçinin, Azərbaycanda da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən əldə edilən bu sertifikat bir ilkdir.Qeyd edək ki, Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili üzrə müvafiq ISO sertifikasiyanın audit prosesi yalnız tədbirdən öncəki hazırlıq müddətində deyil, tədbirin keçdiyi müddət ərzində də dəyərləndirilərək nominasiya olunur.ISO 20121 tədbirlərin dayanıqlı idarə olunması üçün qlobal standartdır və tədbirlərin planlaşdırılması, idarə olunması və dayanıqlılıq performansının yaxşılaşdırılması üçün bir çərçivə təqdim edir. Sertifikat, tədbir təşkilatçıları, təchizatçılar və tədbirin təşkilində iştirak edən digər tərəfdaşları əhatə etməklə, tədbirin ətraf mühitə məsuliyyətli, sosial cəhətdən inklüziv və iqtisadi cəhətdən davamlı olmasını təmin etməyə yönəlib.Sertifikatın əldə olunması üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin audit prosesi üç mərhələdə aparılıb. İlkin mərhələdə TÜV Avstriya şirkətinin ekspertləri tərəfindən təşkilat və onun fəaliyyət kontekstinin analizi, maraqlı tərəflərin ehtiyac və gözləntilərinin aydınlaşdırılması, dayanıqlı inkişaf prinsipləri, korporativ idarəetmə və öhdəliklərin müəyyən olunması, həmçinin tədbirin dayanıqlılıq məqsədləri və onlara nail olmaq üçün planlaşdırmanın həyata keçirilməsi diqqət mərkəzində olub. İkinci mərhələdə auditorlar Əməliyyat Şirkətinin bütün departamentləri ilə görüşüb müvafiq sənədləşmə prosesləri və əməliyyatların aparılması mexanizmi ilə tanış olublar. Audit yoxlamalarının sonuncu mərhələsi isə artıq tədbir zamanı – noyabrın 15-də reallaşıb və tədbir məkanında əməliyyatların gedişatı “TÜV Austria”nın Azərbaycan nümayəndəsi Zaur Fərzəliyev tərəfindən qiymətləndirilib.Əlavə edək ki, tədbir çərçivəsində həmçinin “ISO 20121 - Tədbirlərin Dayanıqlı İdarə Edilməsi və Təşkili” mövzusunda panel müzakirəsi baş tutub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel müzakirəsində “TÜV Austria”nın Azərbaycandakı nümayəndəsi Zaur Fərzəliyev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin sertifikasiya üzrə meneceri Aysel Məmmədova və “PICO International” şirkətinin vitse-prezidenti Jessi Ngnin iştirak edib. Panel müzakirəsində dayanıqlılıq prinsiplərinin tətbiqi, əməliyyatların şəffaflığı və beynəlxalq səviyyədə uğurlu təcrübələrin paylaşılması mövzularında fikir mübadiləsi aparılıb.Sessiya və mərasimin keçirilməsinin məqsədlərindən biri də Azərbaycanda tədbirlərin dayanıqlı idarə edilməsi sahəsində tamamilə yeni yanaşmaların və təcrübə mübadiləsinin təşviqi və müxtəlif təşkilatlar tərəfindən gələcəkdə bu sahəyə daha geniş diqqət cəlb edilməsi.


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Bəzi bələdiyyələr birləşdirilir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?