lider-media.az

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir.

Tarix: 19-11-2024, 13:41

 

“Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir». Bu fikirləri Prezident İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışındakı müraciətində bildirib.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində xalqımızın zəfər salnaməsini yazdı. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycanı dünyaya qürurlu xalq kimi tanıtdı. Dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi. Dövlət başçısının qəti iradəsi, müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, xalqın inamı özünə qaytarıldı.

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevdən sonra bu missiyanı onun siyasi varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi arsenal ən müasir silahlarla təchiz olundu, hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Ölkə başçımızın bu sahəyə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan qüdrətli orduya sahib olmuşdur. Odur ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordudan biridir.

Ordumuzun döyüş taktikası bu gün dünyanın aparıcı dövlətlərinin hərbi məktəblərində yaxından mənimsənilir. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da şahidlik ediblər. Ən fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.Silahlı Qüvvələrimiz müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik  güclü ordudur.

Azərbaycan xalqı bu gün də sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbənin  sevincini, yüksək fəxarət duyğuları ilə, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda hamı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi.    

Vətən müharibəsində düşmən qarşısında güclü ordu gördü. Qələbədən sonra istər beynəlxalq təşkilatlar, istər dünyanın konfliktologiya üzrə mütəxəssisləri, istərsə də hərbi ekspertləri etiraf edirlər ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclü idi. Ali hərbi məktəblərdə belə Azərbaycanın döyüş taktika və strategiyası təhlil edilir, ətrafında müzakirələr aparılır. Bu gücün təminatçısı ordu quruculuğunun dövlət üçün əsas prioritet məsələlərdən olması,  Müzəffər Ali Baş Komandanın orduya diqqəti və qayğısı, şəxsi nümunəsi, bilavasitə ordu quruculuğu prosesində formalaşan, inkişaf edən ordu ilə xalqın birliyinin dönməzliyidir  Prezident, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev isə əsrlər boyu hissə-hissə itirilən torpaqla­rımızı geri qay­tarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan Lider kimi adını ən müasir tariximizə yazdı. Azərbaycan xalqı bu gün də sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbənin  sevincini, yüksək fəxarət duyğuları ilə, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda hamı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi.    

Uğurlu diplomatiya, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, həmçinin respublikanın maliyyə imkanlarının genişləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması və digər istiqamətlərdə aparılan məqsədyönlü siyasət ölkəmizin Vətən müharibəsində şanlı qələbəsini təmin edən əsas amillərdən oldu. Vətən müharibəsində ordumuzun parlaq qələbəsi ilə tarixi ədalətin-Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması həm də ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi illər ərzində həyata keçirdiyi siyasətin məntiqi nəticəsi idi.

Azərbaycan ordusunun müharibədə nümayiş etdirdiyi rəşadətini bütün dünya ictimaiyyəti gördü. Bu zəfərdə  ordumuzun yüksək peşəkarlığı, müasir silahlarla təmin edilməsi və ruh yüksəkliyi də öz sözünü dedi. Düşmən ordusunun döyüşlərdəki qorxaqlığı və xaosu Azərbaycan əsgərinin qəhrəmanlığından xəbər verirdi. Ordumuzun sarsıdıcı zərbələrindən qorxuya düşən düşmən geriyə çəkilərək bütün silah-sursatını atıb qaçdı.

Ordumuzun uğurları, həmçinin nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir.Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq daha da güclənməyi qarşıya məqsəd qoyub. Bu strateji xəttə uyğun olaraq, həmçinin Silahlı Qüvvələrimizin bundan sonra da möhkəmləndirilməsi hədəflənib. Respublikamızda müasir ordu quruculuğu prosesində yeni mərhələ başlayıb. Ordu quruculuğu istiqamətində sistemli islahatlar həyata keçirilərkən həm respublikamızın iqtisadi-maliyyə imkanları, həm də qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır. Şübhəsiz ki, güclü ordu ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qarantıdır.  Sözsüz ki, Azərbaycan ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır.Qürurla bütün dünyada bu gün sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi