Bakı - müstəqil, azad bir məmləkətin baş şəhəri - qürur yerimiz! Hər daşı-divarı bir tarix danışan, gözəlliyi ilə göz oxşayan Bakımız bu gün dünyanın möcüzəli şəhərlərindən birinə çevrilib. Tam fərqli bir Bakı var indi gözlərimizin önündə: gündən-günə dəyişən, yeniləşən, böyüyən, abadlaşan şəhər. Geniş və yaraşıqlı küçələr, nəhəng göydələnlər, çoxmərtəbəli yaşayış binaları, abad yollar, gümüş kəmər kimi şəhərin belinə dolanan möhtəşəm körpülər, yamyaşıl meydanlar, əsrarəngiz park və xiyabanlar, bağlar, musiqili fəvvarələr...
Gündüzləri bir aləmdir bu şəhərin, cənnəti xatırladır. Bu "cənnət"in cazibəsindən qopmaq olmur. Gecələri bir başqa möcüzədir, şam-çıraqdır - göydəki ulduzlar sanki şəhərə qonub. Qızıl-qızıl düymələrə dönüb gecənin yaxasından asılar Bakının sayrışan işıqları: qaranlığın bağrını yarar, zülmətə qənim kəsilər, göydəki ulduzlarla bəhsə girər, ağappaq işığa qərq edər dörd bir yanı. Göy üzü də heyran olar yerdəki bu füsunkarlığa, qibtə edər Bakı gecəsinin təntənəsinə.
Bakının gözəlliyinə hər gün yeni çalarlar əlavə olunur: bunu hamı görür və etiraf edir. Çünki bu quruculuq, sürətli yeniləşmə, hərtərəfli inkişaf gözlərimizin önündə baş verir. Paytaxtımızı qədirbilən insanlar yenidən qurur: bir vaxtlar Bakını əzəmətli yadigarları ilə gözəlləşdirən ulu öndər Heydər Əliyevin əməllərini bu gün Prezident İlham Əliyev davam etdirir. Dövlətimizin başçısı hələ 2004-cü il aprelin 2-də şəhərin baş planı ilə tanış olarkən "Bakı gözəl, təmiz, abad, yaşıllaşdırılmış şəhər olmalıdır" deyərək hətta hər binanın, hər məhəllənin, hər küçənin özünəməxsus olmasını, mövcud yaşıllıqların qorunmasını, bağ və parkların, istirahət guşələrinin yaradılmasını tövsiyə etmişdi. Nəticə özünü çox gözlətmədi. Bu tövsiyə və tapşırıqlar böyük tarixi hadisələrə şahidlik edən Bakıya yeni gözəllik bəxş etdi.
Köhnə, balaca evlərin yerində ucaldılan göydələnlər şəhərin simasına yaraşıq verir, onun memarlıq quruluşuna əlavə çalarlar qatır. Milliliyi, qədimliyi, memarlıq üslubu və ənənələri qorunmaqla təmir olunan monumental binalar, memarlıq inciləri, muzeylər, teatrlar, yeni tikilən modern mədəniyyət ocaqları şəhərin mənəvi zənginliyindən xəbər verir. Dünyanın ən mürəkkəb memarlıq layihələri əsasında inşa olunan nəhəng tikililər: "Alov qüllələri", Heydər Əliyev Mərkəzi, "Bakı Kristal Zal", Bayraq meydanı şəhərin mənzərəsinə əzəmət gətirir, müasirlik, yenilik bəxş edir. Dünyanın diqqətini cəlb edən Bakı indi ən mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkandır. Şəhərimizə təşrif buyuran qonaqlar isə Bakının gözəlliyi qarşısında heyrətlərini gizlədə bilmirlər...
Son dörd ildə böyük qələbələr sevinci yaşayan xalqımızın qəlbi bu günlər daha bir fəxarət hissilə döyünür. Bakıda dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin keçirildiyi günlərdə parklar, xiyabanlar, xüsusilə şəhərimizin milli simvoluna dönən Milli Park və Zəfər Parkı insanların daha çox üz tutduqları məkanlardır. Bu günlərdə Zəfər Parkına yollandım. Gördüyüm mənzərə məni çox heyrətləndirdi. İnsan əlindən tərpənməyə yer yox idi. Bu həm də ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycana gələn turistlərin sayının artması ilə əlaqədardır. Mötəbər tədbirə qatılan müxtəlif xalqların, millətlərin nümayəndələri Azərbaycanın əsrarəngiz paytaxtını öz gözləri ilə görürlər. Parkda gəzən bir neçə turistin təəssüratlarını öyrəndim. Onlar tədbirdə iştirak etməklə yanaşı, milli-mənəvi dəyərlərimizə - musiqimizə, yeməklərimizə böyük maraq göstərdiklərini və paytaxtımızın arxitekturasını bəyəndiklərini bildirdilər. Qeyd etdilər ki, dünyanı narahat edən qlobal məsələlərin Bakıda müzakirə olunması Azərbaycana olan inamı göstərir.
"Mən bura gələndə elə bilirdim, Bakı ancaq neft qoxulu bir şəhərdir. Yanılmışam. Bakıdan əsl mədəniyyət qoxusu gəlir. Xəzərin sahilindəki unikal şəhəriniz, buradakı qədimlik və müasirlik məni valeh etdi. Şəhəriniz çox təmiz və gözəldir, onun gecələri lap nağıllar aləmini xatırladır. Ailəmiz üçün çoxlu hədiyyə almışam, bu hədiyyələrdə Bakının gözəlliyi əks olunub", - deyə Zəfər Parkı, Dənizkənarı Milli Park, unikallığı ilə seçilən İçərişəhər və Qız qalasına heyranlığını gizlətməyən macarıstanlı turist Mariya Dunayi söylədi.
Qeyd edək ki, paytaxtın inkişaf strategiyasına uyğun aparılan quruculuq Bakının bütün rayonlarını əhatə edir, bu isə özlüyündə şəhərimizin kompleks inkişafının təminatıdır. Hərəkət isə irəliyə doğru addım deməkdir! Elə bir gün yoxdur ki, Bakıda, yaxud bölgələrimizdə hansısa yeni müasir obyektin açılışı olmasın! Müstəqil ölkəmizin rəhbəri hər bir yeni layihənin təməl daşını özü qoyur, açılışını da özü edir. Axı bu tədbirlərin nəticələrindən hər bir Azərbaycan vətəndaşı faydalanır, bu abadlıq, bu quruculuq insanların sağlamlığına, rahatlığına, dincliyinə xidmət edir. Yaradılan gözəllik hamı üçündür. Biz bu cür möhtəşəm şəhərdə yaşadığımıza görə dövlət başçımıza minnətdar olmalıyıq. Şəhərimizə sığal çəkən əllərə, bu gözəlliyi yaradanlara "əhsən" deməliyik.
Bu gün hər birimiz iftixar hissilə deyirik: "Bura Bakıdır - bizim sevimli şəhərimiz!". COP29 kimi beynəlxalq konfransa yüksək səviyyədə ev sahibliyi edir. Bununla da tariximizin, mədəniyyətimizin mərkəzi, mənəviyyatımızın paytaxtı, taleyimizin şəhəri olan Bakımızın füsunkar gözəlliyi iki həftə ərzində dünyanın mərkəzinə çevrilməklə yaddaşlara əbədi həkk olunacaq.
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev Fərman imzaladı
DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb