lider-media.az

Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi mövzusunda tədbir keçirilib

Baxış: 368 Tarix: 16-11-2024, 14:15

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksək səviyyəli tədbir keçirilib.
Tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə tərəfdaş beynəlxalq təşkilatlar - Ümumdünya Meteorologiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Qlobal İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Asiya İnkişaf Bankının, müxtəlif aparıcı təşkilatların, eləcə də elmi institutların nümayəndələri iştirak edib.
İclasda erkən xəbərdarlıq sisteminin əhəmiyyəti vurğulanıb, “İqlim üzrə Bakı Dialoqu Təşəbbüsü” təşviq olunub.
Qeyd edək ki, cari ilin 28 Oktyabr tarixində  Azərbaycanda “Dayanıqlılıın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” layihəsi Global İqlim Fondu tərəfindən təsdiq edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi