lider-media.az

Avropa İttifaqı ilə əməkdaşlıq müzakirə edilib

Baxış: 179 Tarix: 15-11-2024, 17:38

COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru ilə keçirilən görüşdə iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşüb.Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib. Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib. İqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi