lider-media.az

Azərbaycanın turizm imkanları Skandinaviya ölkələrində silsilə tədbirlərlə tanıdılıb

Baxış: 239 Tarix: 15-11-2024, 16:41

Lider-Media.az xəbər verir ki,Azərbaycan Turizm Bürosu “Aviareps” şirkətinin təşkil etdiyi “Nordic Roadshow” adlı silsilə tədbirlərə qoşularaq ölkəmizin turizm imkanlarını təbliğ edib.İsveç Krallığının Stokholm, Finlandiyanın Helsinki, Norveçin Oslo və Danimarkanın Kopenhagen şəhərlərində keçirilən tədbirlərdə hər birinə 50-dək yerli turizm şirkəti və media nümayəndələri qatılıb.
Digər ölkə və şəhərlərin turizm büroları, hava yolları şirkətləri, beynəlxalq hotel brendləri və kruiz şirkətlərinin də iştirak etdiyi tədbirlər zamanı B2B formatlı görüşlər keçirilib, Azərbaycanın mədəniyyəti, tarixi, təbiəti və turizm məhsulları barədə məlumat verilib.
Qeyd edək ki, bu, Azərbaycan Turizm Bürosunun Skandinaviya ölkələri üzrə qatıldığı ilk tədbirdir.
2024-cü ilin yanvar-oktyabr aylarında İsveç Krallığı, Finlandiya, Norveç və Danimarkadan ümumilikdə Azərbaycana 6898 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% artımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi