lider-media.az

Emin Əmrullayev Anqolanın vitse-prezidenti ilə görüşüb

Baxış: 138 Tarix: 14-11-2024, 19:02

Noyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb. 
 

Görüşdə elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
 

Sonra qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) ziyarət ediblər. Universitetin kitabxanası, tarix muzeyi və müxtəlif korpusları ilə tanış olan qonaqlar təhsil infrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılmasına dair təcrübələrini müzakirə ediblər.
 

Tərəflər bu görüşün Azərbaycan-Anqola arasında təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərinin genişlənməsinə və gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yaradacağını bildiriblər.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi