lider-media.az

“Dubai Mall” ticarət mərkəzini ötən il rekord sayda insan ziyarət edib

Baxış: 135 Tarix: 7-03-2024, 09:14

2023-cü ildə “Dubai Mall” dünyanın ən çox ziyarət edilən məkanı olub.

Bu barədə “Dubai Mall” ticarət mərkəzinin nümayəndələri bəyan ediblər.

Bildirilib ki, ötən il ticarət mərkəzini rekord sayda - 105 milyon insan ziyarət edib. Bu da 88 milyon nəfərin olduğu əvvəlki illə müqayisədə 19 faiz çoxdur. Həmçinin qeyd edilib ki, belə inanılmaz göstəricilərdən sonra ticarət mərkəzi bütün dünyada ən çox ziyarət edilən məkana çevrilib.

Bundan başqa, dərc edilmiş məlumatlara görə, təkcə bu ilin ilk iki ayı ərzində 20 milyon insan “Dubai Mall”u artıq ziyarət edib. Bu da cari ilin də rekord il olacağından xəbər verir.

Ötən ildə və bu ilin əvvəlində ticarət mərkəzinə ziyarətin əsas amili tədbirlər və reklam aksiyaları, həmçinin mühüm bayram hadisələri və beynəlxalq şənliklər olub. Dubay Ticarət Festivalı, Dubay Qida Festivalı və məşhur 3 günlük super satış kimi əsas hadisələr ticarət mərkəzinin böyük izdihamı cəlb etmək qabiliyyətini bir daha nümayiş etdirib.

Qeyd edək ki, 2008-ci ildə açılan “Dubai Mall” dünyanın ikinci ən böyük ticarət mərkəzidir, onun sahəsi 1,2 milyon kvadratmetr təşkil edir. Burada 1200-dən çox pərakəndə satış məntəqəsi, o cümlədən iki böyük univermaq, həmçinin beynəlxalq mətbəxi ilə məşhur olan 200-dən çox restoran var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi