lider-media.az

Laçında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Baxış: 624 Tarix: 7-03-2024, 09:02

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha 3 müxtəlif kalibrli odlu silah təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi