İlham Əliyev İraq Prezidenti ilə görüşüb
Azərbaycanın nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini dedi, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir.Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd etdi.