lider-media.az

Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Baxış: 249 Tarix: 8-11-2024, 20:06

Dövlət Sərhəd Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Atçılıq Fedarasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 4-cü ildönümü, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Yaşıl dünyanı birlikdə quraq!” şuarı altında sözügedən qurumların əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Binə Atçılıq Mərkəzinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun simvolik olaraq 2914 ədəd Eldar şamı ağacı əkilib.
Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyası yüksək bayram əhval-ruhiyyə ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi