lider-media.az

''Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

Baxış: 476 Tarix: 5-03-2024, 10:30

Bu günlərdə Bakının 156 nömrəli tam orta məktəbində Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimi baş tutub.

     Təlimdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva tədbir iştirakçılarını salamlayıb, Uşaq Səfirlər Məclisi və onun fəaliyyəti barədə məlumat verib, “Uşaqdan-uşağa” layihəsinin əhəmiyyətindən bəhs edib.

     Daha sonra Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova və S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyası üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəsi Musab Məmmədlinin moderatorluğu ilə yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının qarşısının alınması istiqamətində keçirilən təlimdə interaktiv metodlar vasitəsilə uşaqların fəallığı təmin edilib, onların sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi