lider-media.az

Müşfiqabadda “Zəfər Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Baxış: 256 Tarix: 7-11-2024, 15:14

Lider-Media.az xəbər verir ki,,Zəfər Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının, şəhid ailələri üzvlərinin,müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi