lider-media.az

Azərbaycan Respublikasının Qanunu

Baxış: 218 Tarix: 7-11-2024, 13:00

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167 (Cild I) 19-cu maddəsinin birinci hissəsinin 6-cı bəndində “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 158 (Cild I) 6-cı maddəsinin ikinci hissəsinin dördüncü abzasında “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442 (Cild I); 2024, № 6 (I kitab), maddə 643) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7.0.1-ci maddədə “məhdud olanlar, o cümlədən zəif eşidənlər” sözləri “və ya qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

3.2. 7.0.2-ci maddədə “məhdud olanlar, o cümlədən zəif görənlər” sözləri “və ya qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604 (Cild I); 2024, № 2, maddə 138) 1.0.11-ci maddəsində “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2024-cü il 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi