lider-media.az

Taleh Qaraşov Vətən müharibəsi şəhidləri Əbdülhəsən Həsənzadə, Röyal İbrahimov, Valeh Əkbərzadə, Taleh İsmayılov, Şəhriyar Həbibli, Emil Qurbanov və Baloğlan Əhədlinin məzarını ziyarət edib

Baxış: 404 Tarix: 6-11-2024, 16:53

Lider-Media.az xəbər verir ki,noyabrın 6-da Vətən müharibəsi şəhidləri Həsənzadə Əbdülhəsən Mirzə oğlunun, İbrahimov Röyal Qulam oğlunun, Əkbərzadə Valeh Asim oğlunun, İsmayılov Taleh Səndəl oğlunun Həbibli Şəhriyar Vidadi oğlunun, Qurbanov Emil Vaqif oğlunun və Əhədli Baloğlan Şakir oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərimizin Havzova, Vel, Boladi, Osakucə, Şiləvar və ucqar dağ kəndi olan Gəgiran kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

   

Allah rəhmət eləsin! 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi