lider-media.az

Taleh Qaraşov Vətən müharibəsi şəhidləri Kənan Axundzadə, Elnur Talıbov və Əli Mehdizadənin anım günündə məzarını ziyarət edib

Baxış: 601 Tarix: 1-11-2024, 15:05

Lider-Media.az xəbər verir ki, noyabrın 1-i Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri,hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidi Axundzadə Kənan Hamil oğlu, Talıbov  Elnur Gəgiş oğlu və Mehdizadə Əli Məcid oğlunun Lənkəran şəhər, Şiləvar və Girdəni kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi