lider-media.az

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda təşkil ediləcək konsert proqramı və atəşfəşanlıq

Baxış: 271 Tarix: 5-11-2024, 17:04

Bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanındakı səhnədə hazırlıq işləri aparılır.Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi