lider-media.az

Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib

Baxış: 6259 Tarix: 2-11-2024, 20:07

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. Fləşmobda doğma yurda qayıdan keçmiş məcburi köçkün həmvətənlərimiz olan azyaşlılar iştirak ediblər. Fləşmob haqqında hazırlanmış videoçarxda Xocalı şəhərindən kadrlar verilib və Xocalının ən gənc sakinlərinin dilindən Azərbaycan şairi Abdulla Şaiqin “Vətən” şeiri səsləndirilib. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək Xocalı şəhərinə 46 ailə, yəni 179 nəfər doğma yurda köçürülüb. Fləşmob haqqında videoçarxı təqdim edirik. 

Lider-Media.az

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi