lider-media.az

Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib

Baxış: 436 Tarix: 18-10-2024, 16:45

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. Fləşmobda doğma yurda qayıdan və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün həmvətənlərimiz iştirak ediblər. Fləşmob haqqında hazırlanmış videoçarxda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, həmin ərazilərdə salınmış yaşayış məntəqələrindən, həmçinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdən kadrlar verilib və Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri müəllifin öz səsi ilə səsləndirilib. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək 2263 ailə, yəni 8660 nəfər doğma yurda köçürülüb. Fləşmob haqqında videoçarxı təqdim edirik.  

 

Lider-Media.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi