lider-media.az

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Baxış: 1313 Tarix: 2-11-2024, 13:47

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə davamlı olaraq ağacların əkilməsi və onlara qulluq göstərilməsi işi davam etdirilir. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Zəfər Günü ilə bağlı növbəti ağacəkmə aksiyası keçiriblər.
DİN Mətbuat Xidmətindən Lider-media.az-a bildirilib ki, seçilmiş ərazilərdə bölgənin iqlim şəraitinə uyğun eldar şamları və zeytun ağacları əkilib. Ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi