lider-media.az

SOCAR-ın qadınlardan ibarət komandası stolüstü tennis turnirinin qalibi olub 

Baxış: 955 Tarix: 1-03-2024, 16:12

Bu gün “İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib.
“Şüa” İdman Kompleksində təşkil olunan yarışda SOCAR-ın komandaları (kişi və qadın) da mübarizəyə qoşulub.
Qadınlardan ibarət SOCAR komandası Gənclər və İdman Nazirliyi (3:0), TƏBİB (3:0) və İqtisadiyyat Nazirliyinin (3:0) komandaları üzərində tam üstünlüklə qələbə qazanaraq turnirin qalibi olub.
SOCAR-ın kişilərdən ibarət komandası isə yer aldığı birinci qrupda Energetika Nazirliyi (3:0), Baş Prokurorluq (3:0) və TƏBİB (3:2) komandalarını məğlub edərək dörddəbir finala yüksəlib. 
Deyd edək ki, kişi komandaları arasında final mərhələsinin oyunları sabah keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi