Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən genişmiqyaslı işlərdən danışılıb, AHİK və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin həyata keçirdiyi tədbir və layihələr, vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində atılan addımlardan bəhs edilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması və bu aspektdə həmkarlar ittifaqlarının əldə etdiyi uğurlu nəticələri qeyd edib, əsas məqsədin əmək şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, təhlükəsiz iş şəraitinin yaradılması, əmək prosesinə cəlb olunan vətəndaşlarımızın sağlamlıqlarının qorunması, istirahətlərinin və asudə vaxtın təşkili olduğunu diqqətə çatdırıb.
AHİK-in xarici əlaqələrinin genişləndiyi, beynəlxalq həmkarlar ittifaqları və Azərbaycana dost ölkələrin müvafiq qurumları ilə münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunması üçün daha səylə çalışılacağı bildirilib.Konfederasiya sədri AHİK və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlığın vətəndaş cəmiyyətinin daha da inkişafına mühüm töhfə olacağını vurğulayıb.Görüşdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, eyni zamanda ölkəmizdə QHT-lərin inkişafı istiqamətində dövlət siyasətindən, onların reallaşdırdığı layihələrdən və beynəlxalq əlaqələrindən söz açıb. Bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) QHT-lər də fəal şəkildə hazırlaşır və bu tədbirin yüksək səviyyədə təşkili üçün öz töhfələrini verəcəklər.
Agentliyin rəhbəri AHİK-in işğaldan azad edilmiş ərazilərdə həyata keçirəcəyi humanitar layihələrə də fəal dəstək verməyə hazır olduqlarını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb, bir daha əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.






AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Bəzi bələdiyyələr birləşdirilir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb