lider-media.az

Azərbaycan Turizm Bürosu tərəfindən Polşanın aparıcı 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Baxış: 751 Tarix: 1-11-2024, 11:47

Turizm sahəsində Polşa və Azərbaycan arasında potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin təşviq edilməsi məqsədilə 30-a yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.Səfər çərçivəsində Polşanın turizm sənayesi nümayəndələri işgüzar görüşlərlə yanaşı, Azərbaycanın mədəni irsi, qış idman turizm imkanları və "Şahdağ" Turizm Mərkəzində müasir xizək infrastrukturu ilə tanış olublar.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Varşavadan Bakıya orta hesabla həftədə 5 dəfə olmaqla ümumilikdə 183 uçuş həyata keçirilib.
Sözügedən dövr ərzində Azərbaycana Polşadan səfər edənlərin sayı 7886 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi