Deputat: "Ermənistan COP29-da iştirakla bağlı dəqiq mövqeyini açıqlamayıb"
“Ermənistan hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının çox mühüm bir tədbirində Azərbaycanda iştirak etməklə bağlı dəvətin olduğu haqqında məlumat vermişdilər”.
Bu sözləri Lider-media.az-a verdiyi açıqlamada Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun sözlərinə görə, o vaxt Ermənistan Baş naziri Nikol Paşinyan bu dəvəti və onların iştirakı ilə bağlı müzakirənin olmaması haqqında yerli KİV-i məlumatlandırmışdı.
“Məhz konfransda iştirakı ilə bağlı Xarici işlər Naziri Ararat Mirzoyana da verilən sualda konkret şəkildə “yox” deməsə də, iştirak edəcəyini də bəyan etməmişdi. Sadəcə olaraq bildirmişdi ki, COP29-la bağlı Milli Asambleyada əgər büdcə müzakirəsi vaxtı sual qalxsa, bu suala ayrıca cavab verə bilər, lakin hələ dəqiq hər hansı bir iştirakla bağlı qərar qəbul edilməyib. Və baş nazirin aparatının rəhbəri Araik Artunyan da qeyd edib ki, Bakıya getmək məsələsi bir sıra problemlərin həll olmasından sonra baş verə bilər.
Yəni, kütləvi informasiya vasitələrində nəyinsə müzakirəsinə baxmayaraq, konkret Ermənistan tərəfdən belə bir “hə” və ya “yox” cavabı hələ ki, yoxdur”.