lider-media.az

DİN: Nəsimi, Abşeron və Suraxanı rayonlarında dələduzluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

Baxış: 470 Tarix: 30-10-2024, 10:46

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi rayonu ərazisində iki nəfər üzləşdiyi dələduzluqla bağlı polisə müraciət edib. Onlardan biri onu aldadadan şəxsin hesabına 18400, digəri isə 100 manat ödətdirdiyini bildirib. 

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıblar. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində bir nəfəri aldadaraq hesabına 80 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı İ.Mirzəyev saxlanılıb.  

Suraxanı rayonunda isə bir qadının mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 40 yaşlı E.Bərxudarov müəyyən olunaraq 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
  
Faktlarla bağlı araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi