lider-media.az

Türkiyə kapitallı şirkətə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Baxış: 330 Tarix: 29-10-2024, 13:09

Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 20,8 milyon manat investisiya yatırılacaq.

Türkiyə kapitallı “Birlik Deri” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, rezidentlərin sayı 28-ə çatıb.Şirkət tərəfindən Sənaye Parkının 3,5 hektar ərazisində dəri və dəri məmulatların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 20,8 milyon manat olan layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaradılacaq.

İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Qeyd: Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 32 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq iş yeri yaradılıb.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi