lider-media.az

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər

Baxış: 294 Tarix: 29-10-2024, 12:02

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərə ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir.
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlarla səhra şəraitində müxtəlif məşğələlər keçirilir.
Toplanışın növbəti günündə hərbi vəzifəlilər atıcı silahlardan atış çalışmaları icra ediblər.
Qeyd edək ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində həyata keçirilir.


Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi