lider-media.az

"Yaşıl dünya naminə həmrəylik ili" və Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbiri ilə bağlı könüllülərə təlim keçirilib

Baxış: 504 Tarix: 29-10-2024, 09:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qlobal COP29 iqlim konfransı ərəfəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərə "İqlim dəyişikliyinin təsirləri və iqlim fəaliyyətləri", COP29 tədbirinin əhəmiyyəti ilə bağlı təlim keçirilib.
Lider-Media.az xəbər verir ki,təlimdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən iqlim dəyişmələrinin səbəb və nəticələri, Azərbaycanda iqlim dəyişikliyi fəaliyyəti, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı haqqında məlumatlar auditoriyaya çatdırılıb və gənclərə yaşıl düşüncə tərzinin formalaşdırılması ilə bağlı praktiki biliklər ötürülüb.
Eyni zamanda, tədbir çərçivəsində gənc nəslin ekoloji şüurunun formalaşmasına təsir göstərmək üçün həyata keçirilən "Yaşıl düşüncə maarifləndirmə proqramı"nda iştirak edərək uğurlu nəticə göstərən könüllülərə sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi