Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Alisia Barsenanın iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir ilk öncə bu gün bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin artan rolunun sübutu kimi bütün ölkələrin yekdil dəstəyi ilə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29- a ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib.
Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyini bildirən diplomat cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrə üstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını vurğulayıb.
Habelə, iqlim dəyişikliyinin nə dərəcədə aktual və vacib məsələ olduğunu, iqlim dəyişikliyinin heç bir sərhəd tanımadığını, bütün ölkələrə təsir göstərdiyini xatırladaraq bu qlobal problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən söz açıb.
COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən bəhs edən səfir, bu təşəbbüslərin əsas məqsədinin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı ambisiyaları artırmaq, bu mövzu üzrə fəaliyyətə təkan vermək olduğunu vurğulayıb.
Bu xüsusda həm hökumət, həm də qeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəli sürülmüş bu qlobal təşəbbüslərə qoşulmağa çağırış edib. Tədbirdə çıxış edən Meksika Ətraf Mühit və Təbii Sərvətlər naziri A.Barsena Meksika hökumətinin iqlim dəyişikliyi ilə bağlı gördüyü işlər və COP29-dan gözləntilər barədə danışıb.



ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb