lider-media.az

Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüş keçirilib

Baxış: 11 Tarix: 26-10-2024, 08:57

Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüşdə ölkəmizdə iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüslər, vergi islahatları, "Yaşıl artım portalı" layihəsi  və digər məsələlər müzakirə edilib.

Lider-Media.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla videokonfrans formatında görüşüb.Görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib. “Growth Lab” Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib.

Mərkəz tərəfindən irəli sürülən və COP29 çərçivəsində təqdim ediləcək "Yaşıl artım portalı" layihəsi ilə tanış olunub. Portal “Growth Lab”ın “İqtisadi mürəkəbblik” metodologiyasına əsasən hər bir ölkəyə yaşıl inkişaf imkanlarını müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın “yaşıl artım” istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.

Tərəflər Harvard Universiteti ilə əməkdaşlığın gündəliyindəki digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi