lider-media.az

“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb

Baxış: 307 Tarix: 24-10-2024, 20:04

“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Böyük Britaniyanın “The Global Economics” jurnalı tərəfindən beynəlxalq mükafata layiq görülüb.

Şirkətdən verilən məlumata görə, “AzInTelecom” MMC-yə məxsus “SİMA İmza” mobil tətbiqi jurnal tərəfindən keçirilən səsvermədə ilin ən yaxşı biometrik rəqəmsal imza tətbiqi seçilib. Mükafat 2025-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək mərasimdə “AzInTelecom” MMC-nin rəsmi nümayəndəsinə təqdim olunacaq.

Qeyd edək ki, “The Global Economics” Böyük Britaniyada yerləşən maliyyə nəşri və biznes jurnalıdır. Jurnal dünyada biznes və maliyyə sektorlarına dair ətraflı araşdırmalar həyata keçirir. 2019-cu ildən etibarən hər il biznes sektorunda uğurlu fəaliyyətə malik şirkətləri müəyyən edərək “Global Economics” proqramı çərçivəsində mükafatlandırır.

Məlumat üçün bildirək ki, “SİMA İmza” mobil tətbiqi 2022-ci ildə yaradılıb. 2024-cü ildə tərəfdaşlarının sayını 60-a çatdıran “SİMA İmza” tətbiqinin hüquqi şəxs həlli istifadəyə verilib. Bir çox hökumət portallarına, bank və maliyyə təşkilatlarına, özəl qurumlara inteqrasiyası tamamlanıb. Bu il “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 2,5 milyonu ötüb. “Digital Login” vahid giriş sistemi üzərindən 140-dan çox elektron xidmətə “SİMA İmza” ilə məsafədən əlçatanlıq təmin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi