lider-media.az

Bədii gimnastika üzrə İsraildə keçirilməli olan Çağırış Kuboku ləğv edilib

Baxış: 106 Tarix: 29-02-2024, 12:22

Beynəlxalq Gimnastika Federasiyası (BGF) bədii gimnastika üzrə İsraildə keçirilməli olan Dünya Çağırış Kubokunu (World Challenge Cup) təhlükəsizlik mülahizələrinə əsasən ləğv edib.

Sinxua agentliyi xəbər verir ki, iyunun 26-28-də Qüds şəhərində keçirilməsi nəzərdə tutulan yarış regiondakı mövcud gərginlik səbəbindən ləğv olunub.

“Biz Parisdə keçiriləcək Olimpiya Oyunlarına hazırlığın bir hissəsi kimi Dünya Çağırış Kubokuna ev sahibliyi etməyi planlaşdırırdıq. Qərarı anlayışla qəbul edirik, buna baxmayaraq, çox böyük məyusluq və təəssüf hissi keçiririk. Daha sakit və təhlükəsiz günlərin gələcəyinə ümid edərək tədbiri gələn il keçirmək niyyətindəyik”, - deyə İsrail Gimnastika Federasiyasından bildirilib.

BGF-nin qərarına əsasən, 2024-cü il Çağırış Kuboku seriyasının biri mayın 10-da Portuqaliyanın Portimao şəhərində, digəri isə iyulun 12-də Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi