lider-media.az

Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir

Baxış: 473 Tarix: 23-10-2024, 11:25

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 23-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Lənkəran-Astara bölgəsinə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Lerikin yüksək dağlıq ərazilərinə isə qar yağıb, əmələ gələn qar örtüyünün hündürlüyü 17 sm olub.
“Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir”.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi