lider-media.az

“Yaşıl dalğa” hərəkatının VI aksiyası keçirilib

Baxış: 323 Tarix: 22-10-2024, 09:03

 
Oktyabrın 20-də Bakı Avropa liseyinin və onun nəzdində olan “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə paytaxtda Dənizkənarı Milli Park ərazisində “Yaşıl dalğa” ekoloji hərəkatının VI aksiyası keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edərək məktəblilərə ətraf mühitin mühafizə sahəsində maarifləndirici məlumatlar verib, şagirdlərin, müəllimlərin, ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası həyata keçirilib.
Tədbir məktəblilərin təqdimatında təbiətin dörd ünsürünü əks etdirən rəngarəng rəqslər və mahnılarla, eyni zamanda Azərbaycan florasına həsr olunmuş rəsm çəkilişləri ilə davam edib.
“Yaşıl dalğa” təşəbbüsünün davamlı xarakter daşıması və onun ənənəvi tədbir kimi həyata keçirilməsi şagirdlərdə ekoloji tərbiyənin aşılanmasına, gənc nəsildə ekoloji savadlılığı və dəyərlərə münasibəti inkişaf etdirməyə xidmət edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi