lider-media.az

Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edib

Baxış: 568 Tarix: 17-10-2024, 19:14

17 oktyabrda Banqkok şəhərində hibrid formatda BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Ətraf Mühit və İnkişaf üzrə Komitəsinin (CED) 8-ci iclası keçirilib.
Lider-Media.az xəbər verir ki,panel müzakirəsində çıxış edən Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri, habelə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Texniki Ekspert Qrupunun (TEG) sədri F.Hümbətov tədbir iştirakçılarına ölkəmizdə iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən fəaliyyətlər, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri barədə məlumat verib, eyni zamanda UNESCAP-ın gündəliyində olan dayanıqlı şəhərlər mövzusu üzrə təşəbbüs barədə danışıb.

1


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi