lider-media.az

“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə start veriləcək

Baxış: 111 Tarix: 16-10-2024, 10:20

Bu gün “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə start veriləcəkBu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri başlayacaq.Lider-Media.az xəbər verir ki, yarışa Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Reqatada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq.Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. Oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi