lider-media.az

Ümumi Daxili Məhsul istehsalı 4,7 faiz artıb

Baxış: 235 Tarix: 14-10-2024, 14:00

 

 Dövlət Statistika Komitəsinin məlumatına əsasən Lider-Media.az xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artmışdır.

   ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olmuşdur


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi