lider-media.az

Vətən müharibəsi ordumuzun qalibiyyət və şərəf tarixidir

Tarix: 12-10-2024, 18:43

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin qurub-yaratdığı ordu bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf inkişaf dövrünü yaşayır. Bu inkişafın ən parlaq nümunəsi isə heç şübhəsiz 28 il işğal altında qalan Qarabağın cəmi 44 gün ərzində işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Çətin relyef şəraitində düşmənin 30 il ərzində möhkəmləndiyi, bir neçə mərhələli istehkamlar qurduğu torpaqlarda aparılan bu müharibə Azərbaycan Ordusunun peşəkarlığının, gücünün, məharətinin və yüksək taktiki hazırlığının təntənəsi idi. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq,xalq,dövlət,ordu birliyi monolit birliyə çevrilib. Bu müharibədə müzəffər xalq kimi özümüzü dünyada təsdiq etdik. Bu təsdiqdə əsas yükü, məsuliyyəti çiyinlərinə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu götürdü.

 

Dörd ildir ki, bütün türk dünyası Azərbaycanın qələbəsi ilə fəxr edir. Azərbaycan ordusu cəsarət göstərərək bu qürurun memarı oldu.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi.”

Prezident İlham Əliyev son 21 ilə yaxın müddət ərzində ordu quruculuğuna müstəsna diqqət göstərib. Bəhs olunan dövrdə ölkəmizdə cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub.Respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib. Vətən qarşısında borcunu yüksək səviyyədə yerinə yetirən çoxlu sayda hərbçi mənzillərlə təmin olunub. Paralel şəkildə orduda xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Zəfər salnaməsinə qızıl hərflərlə yazılan Vətən müharibəsi ordumuzun qalibiyyət və şərəf tarixidir.

Böyük Zəfərdən illər keçsə də Ordunun inkişafı, hərbçilərimizin hazırlıq səviyyəsinin yüksəldilməsi hələ də prioritet olaraq qalmaqdadır. Azərbaycan ordusunun şəxsi heyəti bu gün öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır.2023-cü il sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizlik bərqərar olundu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Və Azərbaycanın suverenliyi tam bərpa olundu. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz  şanlı ordumuzun nəyə malik  olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə  alınacağının sübutu idi. Lokal antiterror tədbirlərinin qısa zamanda uğurla həyata keçirilməsi Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir.

 Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə ordu mənsubları bundan sonra da əlindən gələni əsirgəməyəcək, verilən əmr və tapşırıqları layiqincə yerinə yetirəcəklər.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi