lider-media.az

Sertifikatlaşdırma ilə bağlı növbəti görüş keçirilib

Baxış: 406 Tarix: 26-02-2024, 15:23

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti üç rayon üzrə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə BŞTİ-nin müdir müavini Anar Məmmədov, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova, Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.

BŞTİ-nin müdir müavini Anar Məmmədov bildirib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafına xidmət edir.

Müdir müavini sertifikatlaşdırmanın nəticələrinin müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları barədə məlumat verilib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi