lider-media.az

2024-cü ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı

Baxış: 405 Tarix: 11-10-2024, 16:20

2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Lider-Media.az bildirir ki, İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artmışdır.

ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi