lider-media.az

Pre-COP29 konfransının ikinci gününə start verilib

Baxış: 229 Tarix: 11-10-2024, 10:52

Bakıda keçirilən Pre-COP29 konfransının ikinci gününə iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasla start verilib.

Lider-media.az xəbər verir ki,  panel iclasının keçirilməsində məqsəd iqlimə həssas ölkələrin prioritet məsələlərinin həlli üçün müxtəlif ölkələrin ekologiya və ətraf mühit nazirlərini bir araya gətirməkdir.

C&DM-də müşavirələr vasitəsilə tərəflər ən az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin prioritet ehtiyaclarını qarşılamaq üçün qərarlar qəbul edir, iqlim maliyyəsi məsələləri ilə bağlı qlobal müzakirələr çərçivəsində onların tələbatlarına uyğun tədbirlərin görülməsini təmin edir.

COP26 çərçivəsində nazirlərin birinci görüşü 2021-ci ildə Qlazqoda keçirilib.

Qeyd edək ki, oktyabrın 10-da Bakıda Pre-COP29 konfransı öz işinə başlayıb. Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyaların artırılması və iqlim fəaliyyətinə təkan” mövzusuna həsr olunub. Panel müzakirələri çərçivəsində COP29-da uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunur. Konfrans oktyabrın 11-də başa çatacaq.









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi